11 sentyabr 2023 at 12:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85225647
T T
0 Persons

Tags

İran regionun siyasi coğrafiyasının dəyişməsinə imkan verməyəcək

11 sentyabr 2023 at 12:55
Xəbər kodu: 85225647
İran regionun siyasi coğrafiyasının dəyişməsinə imkan verməyəcək

Tehran - İRNA - İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri deyib: “İranın bütün qonşuları bilməlidir ki, İslam Respublikası regionun siyasi coğrafiyasının dəyişməsinə imkan verməyəcək.”

İRNA-nın parlament müxbirinin verdiyi məlumata görə, Əli Nikzad açıqlamasında Cənubi Qafqazda gərginliyin artmasına işarə edərək İran İslam Respublikasının regionun siyasi coğrafiyasının dəyişməsinə imkan verməyəcəyini vurğulayıb və deyib: “Bütün qonşularımız bu məsələyə diqqət yetirməlidir.”

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycan rəsmilərinə xitabən deyib: “İran və Azərbaycanın bir-biri ilə geniş əməkdaşlıq tarixi var. İran İslam Respublikası çətin günlərdə Azərbaycanın yanında dayanıb. Bu gün Bakı rəhbərliyi bu mehriban qonşuluğa və tarixi əlaqələrin keçmişinə diqqət yetirməli, beynəlxalq sərhədlərə hörmətlə yanaşmalıdır.”

Əli Nikzad qeyd edib ki, kimliyi olmayan və işğalçı sionist rejim şanlı İslam İnqilabından sonrakı illərdə həmişə ölkəmizə zərər vurmağa çalışıb. Ona görə də bu kimliyi olmayan rejimin ipi ilə quyuya düşmək istəyənlərin hamısına tövsiyə edirəm ki, əlaqələri qorumaq, mədəni və dini ortaqlıqlara hörmət etməklə regionun geosiyasətinə hörmətlə yanaşsınlar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .